Dünyanın ən populyar moda brendi açıqlanıb | Banco.az

Dünyanın ən populyar moda brendi açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Lyst platformasının mütəxəssisləri dünyanın ən populyar moda brendini açıqlayıblar.

Banco.az xəbər verir ki, moda sənayesində istehlakçı davranışının təhlilinə görə, Fransanın moda brendi Chanel yenidən alıcılar arasında ən çox arzulanan brend olub.

Miu Miu ikinci, Dior isə üçüncü sırada qərarlaşıb. Saint Laurent və Gucci müvafiq olaraq dördüncü və beşinci yerləri tutublar. Prada, Ralph Lauren, Burberry, Coach və Massimo Dutti də ilk onluğa daxil olub.

Ən populyar brendlərin siyahısına həmçinin, Chloe, The Row, Versace, Bottega Veneta və Celine və Moncler daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram