Dünya Bankı və BVF iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı genişləndirir | Banco.az

Dünya Bankı və BVF iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı genişləndirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankı və BVF iqlim dəyişikliyi ilə mübarizədə birgə əməkdaşlığı genişləndirir.

Banco.az xəbər verir ki, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) ölkələrə iqlim dəyişikliyi təhlükəsi ilə mübarizədə öz fəaliyyətlərini gücləndirməyə kömək etmək üçün birgə əməkdaşlığı genişləndirir.

Bu barədə Dünya Bankı və BVF-in birgə bəyanatında deyilir.

Qeyd edilib ki, sözügedən əməkdaşlıq siyasət islahatlarına və iqlim investisiyalarına inteqrasiya olunmuş yanaşma vasitəsilə ölkələrin iqlim strategiyalarına kritik dəstək verəcək.  Hər iki qurum öz mandatları çərçivəsində ölkəyə yönəlmiş islahat proqramlarını hazırlamaq üçün öz təhlil, texniki yardım, maliyyə və siyasət təcrübəsindən istifadə edəcəklər.

Bəyanatda bu çərçivədə üç əsas prinsipin nəzərə alınacağı bildirilib.

İlk olaraq qeyd edilib ki, ölkələr, Dünya Bankı və BVF hər bir ölkənin iqlim problemlərini və onların həlli üçün zəruri olan prioritet siyasət islahatlarını müəyyən etmək üçün sıx əməkdaşlıq edəcək. Qurumlar həmçinin texniki yardım və maliyyə vasitəsilə ölkələrə islahatların həyata keçirilməsinə kömək etmək üçün digər çoxtərəfli inkişaf bankları ilə işləyəcəklər. Üçüncüsü, BVF və Dünya Bankının tələb əsasında özəl sektor da daxil olmaqla əlavə iqlim maliyyəsinin səfərbər edilməsi üçün nəzərdə tutulmuş platformaların yaradılmasına köməklik göstərəcəyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram