Bu ilin yanvar-avqust aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 612 kiberhücum indikatoru (IOC) müəyyən edib.
Dövlət Xidmətinin məlumatlarına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.
Kibertəhdidlərin 211-i daxili araşdırma, 401-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə avqustda isə 39 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 25 % azdır.
2024-cü ildə dövlət qurumlarına 1 070 kiberhücum qeydə alınıb ki, bunun da 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.