Dollar dəyərdən düşə bilər | Banco.az

Dollar dəyərdən düşə bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Citigroup" strateqləri ABŞ-ın ticarət tərəfdaşları ilə tarifləri azaltmaq üçün razılaşma əldə etdikdən sonra dolların dəyərini itirə biləcəyini proqnozlaşdırıblar.

Banco.az xəbər verir ki, bankın strateqləri yayımladıqları qeyddə yazıblar ki, Vaşinqtonun dolları qəsdən zəiflətmək istiqamətində aqressiv bir mövqe nümayiş etdirməsi ehtimal olunmur. Lakin ABŞ-ın ticarət tərəfdaşları ilə gömrük rüsumlarının azaldılması ilə bağlı aparılan danışıqlar nəticəsində bir razılığa gəlinərsə, bu halda dolların dəyər itirə biləcəyi bildirilib.

G7 görüşlərindən əvvəl valyuta siyasəti gündəmin əsas mövzusuna çevrilib. Cənubi Koreya və Tayvan rəsmiləri bu məsələni ABŞ ilə müzakirə etdiklərini bildiriblər.

Yaponiyanın Maliyyə Naziri Katsunobu Kato da bu həftə ABŞ Xəzinə Katibi Skott Bessent ilə ikitərəfli görüş planlaşdırdığını və həmin görüşdə valyuta məsələlərinin də müzakirə olunacağını açıqlayıb.

"Citigroup"un strateqləri bildiriblər ki, gömrük rüsumlarının azaldılması ilə bağlı danışıqlarda valyuta məzənnələrinin artırılması tələbi qoyula bilər və bu baxımdan yalnız Yaponiya və Çin deyil, digər Şərqi Asiya ölkələri də hədəf alınacaq.

"Citigroup" hesab edir ki, dolların dəyərini aşağı salmağa yönəlmiş 1985-ci il Plaza Razılaşmasına bənzər bir razılaşma əvəzinə, Bessentin mərkəzi bankaların valyuta məzənnələrindəki roluna diqqət yetirməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram