2019-cu ilin 1-ci yarısında Azərbaycan bankları müştərilərinə 187.8 milyon manat depozitlər üzrə faizlər ödəyiblər.
Ötən ilin eyni dövrü ilə müqayisədə depozitlər üzrə faiz ödənişləri cüzi azalıb. Belə ki, banklar 2018-ci ilin 1-ci yarısında 189.8 milyon manat depozitlər üzrə faizlər ödəmişdilər.
TƏXMİNƏN 20 MİLYARD MANATA GÖRƏ 188 MİLYON MANAT ÖDƏNİLİB
30 İyun 2019-cu il tarixində banklarda cəmi depozitlər (maliyyə institutları istisna olmaqla) 18 milyard 831.2 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 8 milyard 633.8 milyon manat, hüquqi şəxslərin depozitləri 10 milyard 197.4 milyon manat təşkil edib. Eyni tarixdə banklarda maliyyə institutlarının 1 milyard 38.2 milyon manat depozitləri olub.
Marja