Müəllif: Tamara Mustafayeva, Banco.az
“Coca-Cola” yüksək miqdarda xloratın aşkar edildiyi bəzi Avropa ölkələrində satılan içkilərin satışını dayandırıb.
Banco.az xəbər verir ki, Belçika Federal Qida Zənciri Təhlükəsizliyi Agentliyi (FASFC) “Coca-Cola Europacific Partners” Belçika tərəfindən istehsal olunan müxtəlif məhsulların yüksək xlorat səviyyələrinə görə geri çağrılmasına qərar verdiyini açıqlayıb.
Açıqlamada 328 GE-338 GE istehsal kodlarına malik “Coca-Cola”, “Fanta”, “Sprite”, “Fuse Tea”, “Nalu”, “Minute MaidÜ, “Tropico” və “Royal Bliss” markalarına aid qutu və şüşə butulkalardakı içkilərin, həmçinin bu məhsulların müxtəlif növlərinin satışının danayandırıldığı bildirilib.
İstehlakçılara bu məhsulları istifadə etməmələri barədə xəbərdarlıq edilən açıqlamada məhsulların satış nöqtələrinə qaytarıla biləcəyi qeyd olunub.
Belçika mətbuatının məlumatına görə, geri çağırılan “Coca-Cola” məhsulları noyabr ayından bəri Belçikanın Gent şəhərindəki müəssisədə istehsal olunub.
Məhsullar Belçikadan başqa Hollandiya, İngiltərə, Almaniya, Fransa və Lüksemburqa da göndərilib.
Qeyd edək ki, xlorat xlor əsaslı dezinfeksiyaedici vasitələrin suyun təmizlənməsi və qida emalı zamanı istifadəsi nəticəsində yaranır.
Bizi sosial şəbəkələrdən izləyin!!