Müəllif:Mehin Qasımova,Banco.az
Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkətinin süni intellekt çiplərinin maliyyələşdirilməsi üçün 40 milyard dollarlıq kredit müqaviləsi ilə bağlı planı müzakirələrə səbəb olub.
Banco.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Mask müqavilənin yekunlaşdırıldığını açıqlasa da, mənbələr bazar günü axşamı qiymət danışıqlarının hələ davam etdiyini və kreditin şərtlərinin tam müəyyənləşdirilmədiyini bildiriblər.
Mask süni intellekt məlumat mərkəzlərindən əldə olunan gəlirlərdən yüksək dərəcədə asılı olan “neocloud” şirkətlərinin ciddi maliyyələşmə çətinlikləri ilə üzləşdiyini bildirib. O, sektorda mümkün iflaslar və şirkətlərin birləşməsi dalğası barədə xəbərdarlıq edib.
SpaceX-in investisiya səviyyəli kredit reytinqinə baxmayaraq, şirkətin kredit defolt svoplarının dəyəri cümə günü rekord həddə — 266 baza bəndinə yüksəlib. Bu göstərici investorların şirkətin borc öhdəlikləri ilə bağlı riskləri sığortalamaq üçün daha yüksək xərc çəkməli olduqlarını göstərir.
Bizi sosial şəbəkələrdən izləyin!!
