Citigroup 2024-cü ildə 250 aparıcı əməkdaşın mükafatlarını azaldıb | Banco.az

Citigroup 2024-cü ildə 250 aparıcı əməkdaşın mükafatlarını azaldıb

Müəllif - Fərid İslamov - Banco.az

 Amerika şirkəti Citigroup Inc., səhmdar gəlirlərini artırmaq və normativ tələblərin yerinə yetirilməsindəki çatışmazlıqları aradan qaldırmağa yönəlmiş tədbirlərin nəticələri ilə əlaqələndirilən proqram çərçivəsində 250 aparıcı əməkdaşının mükafatlarını azaldıb. Bu barədə Financial Times məlumat verir.

Üç il müddətinə hesablanan bu proqram üç il əvvəl qrupun maliyyə göstəricilərini və nəzarət sistemlərini təkmilləşdirmək məqsədilə baş menecerləri stimullaşdırmaq üçün tətbiq edilib. Bu addım, Citigroup-un səhvən 900 milyon dolları hedc-fond qruplarına köçürdüyü hadisədən sonra atılıb.

2024-cü ildə Citi bu proqram çərçivəsində işçilərə nəzərdə tutulan məbləğin cəmi 53%-ni ödəyib. Bu göstərici, 2022-ci ildəki 94%-dən və 2023-cü ildəki 80%-dən aşağıdır.

Əvvəllər bildirildiyi kimi, 2024-cü ilin aprelində Citi səhvən bir müştərinin hesabına 81 trilyon dollar köçürüb.

Mükafat məbləğinin müəyyən edilməsi üçün meyarlar arasında bankın auditor qrupunun qoyduğu məqsədlərə çatmaqçatışmazlıqların aradan qaldırılması planının vaxtında həyata keçirilməsi yer alırdı.