Müəllif: Tamara Mustafayeva, Banco.az
“Geely” şirkəti sürücüsüz avtomobillər üçün kosmosa peyk buraxıb.
Banco.az xəbər verir ki, bu barədə Çinin “Sinxua” agentliyi məlumat yayıb.
“Geely-02” adlanan 11 peyk qrupu ölkənin qərbində yerləşən Sıçuan əyalətindəki Xichang Peyk Mərkəzindən “Long March-2C” daşıyıcı raketi ilə orbitə buraxılıb.
Bildirilib ki, peyklər bürcünə daxil olması planlaşdırılan peyklər yerin alçaq orbitində müəyyən edilmiş yerdə qərarlaşıb.
Qeyd edək ki, peyk şəbəkəsi ağıllı nəqliyyat vasitələrinə peyklə əlaqəli avtonom idarəetmə dəstəyini təmin etmək üçün nəzərdə tutulub.
Şirkət öz peykləri ilə 240 parçadan ibarət bürclər şəbəkəsi qurmağı planlaşdırır və 2025-ci ilə qədər orbitə 72 peyk göndərməyi hədəfləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!