Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin 2025-ci il mövsümü üçün taxıl istehsalı rekord həddə - 714,9 milyon tona çatıb.
Banco.az xəbər verir ki, Çin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinin rəsmiləri ölkədə quraqlıq, sel və bəzi bölgələrdə uzanan yağışlara baxmayaraq, 2025-ci ildə taxıl istehsalının yeni tarixi zirvəyə çatdığını açıqlayıblar.
Nazirliyin məlumatlarına görə, Çinin 2025-ci il üzrə taxıl istehsalı təxminən 714,9 milyon ton təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə 8,4 milyon ton artım deməkdir. Beləliklə, Çində taxıl istehsalı ardıcıl iki il ərzində 700 milyon tondan yüksək səviyyədə qeydə alınıb.
“Associated Press”in (AP) xəbərinə görə, Çin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyinin (MARA) sədr müavini Can Sinvanq taxıl istehsalında bir daha bol məhsul əldə edildiyini bildirərək, əlverişsiz hava şəraitinə baxmayaraq istehsal həcminin yeni rekord səviyyəyə yüksəldiyini qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!
