Müəllif: Tamara Mustafayeva, Banco.az
Çində mənzil qiymətləri yeni ilə enişlə daxil olub.
Banco.az xəbər verir ki, Milli Statistika Bürosunun açıqladığı mənzil qiymətləri indeksinə görə, 2025-ci ilin yanvar ayında ölkədəki böyük və orta ölçülü 70 şəhərdə yeni mənzil qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalıb.
Yeni mənzil qiymətləri "birinci dərəcəli şəhərlər" kimi təsnif edilən Pekin, Şanxay, Quanqçjou və Şençjendə illik 3,4 faiz, "ikinci dərəcəli" kimi müəyyən edilən 31 böyük şəhərdə 5 faiz, "üçüncü dərəcəli" hesab olunan 35 orta ölçülü şəhərdə isə 6 faiz azalıb.
İkinci əl mənzil qiymətləri də illik müqayisədə birinci dərəcəli şəhərlərdə 5,6 faiz, ikinci dərəcəli şəhərlərdə 7,6 faiz, üçüncü dərəcəli şəhərlərdə isə 8,2 faiz aşağı düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!