Çin və Rusiya arasında ticarət dövriyyəsi kəskin artıb | Banco.az

Çin və Rusiya arasında ticarət dövriyyəsi kəskin artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Çin və Rusiya arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar-iyun aylarında illik müqayisədə 25,6% artaraq 134,17 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumat verib.

Hesabat dövründə Çinin Rusiyaya ixracı 28,4% artaraq 60,60 milyard dollara çatıb. Rusiyadan idxal isə 23,3% artaraq 73,58 milyard dollara çatıb.

İyun ayında iki ölkə arasında ticarət dövriyyəsi 24,35 milyard dollar təşkil edib. Çin Rusiyaya 11,43 milyard dollar dəyərində mal tədarük edib, Rusiyadan isə 12,92 milyard dollar dəyərində məhsul idxal edib.