Müəllif: Tamara Mustafayeva, Banco.az
Çinin xarici işlər naziri Vanq Yi ölkəsinin ABŞ prezidenti Donald Trampın tariflərlə hədələdiyi Braziliya ilə əməkdaşlığı artırmaq niyyətində olduğunu bildirib.
Banco.az xəbər verir ki, Xinhua agentliyinin xəbərinə görə, Çin Xarici İşlər Naziri Vanq Yi Braziliya Prezidenti Luiz Inasio Lula da Silvanın baş müşaviri Selso Amorimlə telefonla danışıb.
Görüş zamanı Vanq, iki ölkənin bir müddətdir ortaq baxışlar çərçivəsində əməkdaşlıq etdiyini bildirərək, Çinin Braziliyanı “heç bir əsas olmadan tətbiq edilən tariflərlə edilən təzyiqlərə qarşı çıxmaqda” dəstəklədiyini qeyd edib.
Amorim isə Braziliyanın bir çox sahədə əməkdaşlığı artırmaq və BRICS-i daha da irəli aparmaq üçün Çinlə birgə işləməyə hazır olduğunu vurğulayıb.
Donald Tramp isə 9 iyulda Lula da Silvaya göndərdiyi məktubda Braziliyanın ifrat sağçı sabiq prezidenti Jair Bolsonaroya qarşı açılmış işi dayandırmadığı təqdirdə, Braziliyaya qarşı 50 faiz gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib.
Bizi sosial şəbəkələrdən izləyin!!