Müəllif:Mehin Qasımova,Banco.az
Çin iyunda avtomobil ixracını 22,2% artırıb.
Banco.az xəbər verir ki, Çin Avtomobil İstehsalçıları Assosiasiyasının cümə axşamı verdiyi məlumata görə, 2025-ci ilin iyun ayında Çin avtomobil ixracını illik müqayisədə 22,2% artıraraq 592,000 ədədə çatdırıb.
"İyun ayında avtomobil ixracı 592 min ədədə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,2%, əvvəlki ayla müqayisədə isə 7,4% çoxdur", - Assosiasiyanın açıqlamasında deyilir.
2025-ci ilin birinci yarısında Çin 2024-cü ilin ilk altı ayından 10,4 faiz çox olmaqla 3,083 milyon avtomobil ixrac edib.