Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin ixracatçılarının təxminən 50 faizi uzanan ticarət müharibəsi səbəbindən ABŞ ilə ticarətini azaltmağı planlaşdırır.
Banco.az xəbər verir ki, Çin Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPIT) tərəfindən aparılan sorğuya görə, çinli ixracatçıların demək olar ki, yarısı ABŞ ilə dünyanın iki ən böyük iqtisadiyyatı arasında tariflərin ikitərəfli ticarəti iflic vəziyyətinə gətirəcəyi gözləntilərinə əsaslanaraq, ABŞ ilə ticarət əlaqələrini azaltmağı düşünür.
CCPIT sözçüsünün paylaşdığı məlumatlara əsasən, sorğuda iştirak edən 1.100 ixracatçının təxminən 75%-i ABŞ-dan itirilən sifarişlərin yerini doldurmaq üçün inkişaf etməkdə olan bazarlara çıxmağı planlaşdırır.
Sorğuda bildirilib ki, “Tarif siyasətlərində tez-tez baş verən dəyişikliklərdən irəli gələn artan qeyri-müəyyənlik şirkətlərin uzunmüddətli planlar qurmasını çətinləşdirir” və bir çox ixracatçının “fəal şəkildə” yeni xarici bazarlara çıxmağa çalışdığı və ya satışlarını daxili bazara yönəltdiyi qeyd olunub.
CCPIT Çin hökumətinin, amerikalı şirkətlər də daxil olmaqla, bütün xarici bizneslərə qapılarını açmaq öhdəliyini vurğulayıb və Vaşinqtonu “tarifləri silah kimi istifadə etməyə son qoymağa” və mübahisələri bərabər şərtlərlə dialoq yolu ilə həll etməyə çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!