Çin ilk rübdə əməliyyat kəsiri ilə üzləşib | Banco.az

Çin ilk rübdə əməliyyat kəsiri ilə üzləşib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu ilin birinci rübündə Çində cari əməliyyatlar balansı 165,6 milyard dollar müsbət saldo verib.

Banco.az xəbər verir ki, Çin Dövlət Valyuta Mübadiləsi İdarəsi (SAFE) 2025-ci ilin yanvar-mart dövrünə aid cari əməliyyatlar balansını açıqlayıb.

Xarici ticarət, xidmətlər, investisiya və cari transfertlər üzrə gəlir-xərc balansını əhatə edən cari balans ilk 3 ayda 165,6 milyard ABŞ dolları həcmində kəsirlə nəticələnib.

Bu dövrdə xarici ticarətdə 237,6 milyard dollar kəsir, xidmət alış-satışlarında 59,3 milyard dollar kəsir, investisiyalarda 15,4 milyard dollar kəsir və cari transfertlərdə 2,7 milyard dollar kəsir qeydə alınıb.

Qeyd edək ki, Çin 2024-cü ildə 422 milyard dollar məbləğində cari əməliyyatlar kəsiri əldə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram