BVF Çin iqtisadiyyatının artım proqnozlarını yüksəldib | Banco.az

BVF Çin iqtisadiyyatının artım proqnozlarını yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondu (BVF) Çin iqtisadiyyatı üçün bu ilki artım proqnozunu 5 faizə çatdırıb.

Banco.az xəbər verir ki, BVF-in açıqlamasında 4-cü maddə çərçivəsində Çin iqtisadiyyatına dair məsləhətləşmələr çərçivəsində aparılan yoxlamanın qabaqcıl nəticələri qeyd edilib.

Açıqlamada Çin iqtisadiyyatının 2024-cü ildə 5 faiz, 2025-ci ildə isə 4,5 faiz artacağı proqnozlaşdırılıb.

Açıqlamada bildirilib ki, hər iki il üçün aprel ayı üzrə Dünya İqtisadi Perspektivlər Hesabatındakı proqnozlarla müqayisədə ölkə iqtisadiyyatının artım proqnozlarında 0,4 bənd yuxarıya doğru düzəlişlər edilib. Qeyd edilib ki, bu, ölkədə birinci rübün güclü ümumi daxili məhsul (ÜDM) məlumatları və son siyasət tədbirləri ilə əlaqədardır.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada həmçinin baza inflyasiyanın artacağının gözlənildiyi, lakin istehsalın potensialdan aşağı olması səbəbindən aşağı səviyyədə qaldığı vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram