Azərbaycan qızıl ixracından 313 mln. dollar gəlir əldə edib | Banco.az

Azərbaycan qızıl ixracından 313 mln. dollar gəlir əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan 313.1 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 75.1 milyon dollar və ya 31.6% artıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Məlumata görə, təkcə sentyabr ayında ixrac edilən qızılın dəyəri 41.9 milyon dollar olub ki, bu da 2025-ci ilin sentyabr ayına nisbətən 14.6 milyon dollar və ya 53.5% artım deməkdir. 

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan 326.2 mln. ABŞ dolları dəyərində qızıl ixrac etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram