Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq | Banco.az

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir.

Banco.az verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"Həm "Mastercard", həm də "Visa" təşkilatları ilə danışırıq ki, ümumi ölkə üçün tarifləri aşağı salsınlar. Düşünürəm ki, bu ilin sonuna qədər proqresə nail olunacaq. Çünki son illərdə bu təşkilatlar, xüsusilə "Mastercard" və "Visa" tərəfindən qiymətlər kəskin artırıb. Bu da bankların məhsul və xidmətlərinin xərclərinə ciddi təsir göstərib. Xərclərin artmasının əsas səbəbi məhz bu iki təşkilatın tarifləri yüksəltməsidir. Banklar da buna görə öz qiymətlərini artırmağa məcbur olublar. Biz hazırda həmin təşkilatlarla danışırıq ki, tarifləri azaltsınlar. Digər tərəfdən, yerli ödəniş alətini test edirik. Uğurlu nəticə olarsa, gələn ildən token ödənişləri ani ödənişlər sistemi vasitəsilə həyata keçiriləcək", - o qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram