Bu ölkələrin mərkəzi bankları İstanbulda görüş keçiriblər | Banco.az

Bu ölkələrin mərkəzi bankları İstanbulda görüş keçiriblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

İstanbulda Maliyyə Sabitliyi Şurasının Yaxın Şərq və Şimali Afrika Regional Məsləhət Qrupunun iclası keçirilib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikasının Mərkəzi Bankının (TCMB) sədri Fatih Karahan və Misir Mərkəzi Bankının sədri Hassan Abdallanın həmsədrliyi ilə fəaliyyətini davam etdirən Maliyyə Sabitliyi Şurasının (FSB) Yaxın Şərq və Şimali Afrika (ODKA) Regional Məsləhət Qrupu 2025-ci il noyabrın 13-də TCMB-nin ev sahibliyi ilə İstanbulda toplanıb.

İclasda Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Böyük Britaniya, Qətər, Küveyt, Livan, Misir, Səudiyyə Ərəbistanı, Sinqapur, Tunis, Oman və İordaniyanın mərkəzi banklarının, eləcə də maliyyə və iqtisadiyyat nazirliklərinin və müvafiq nəzarət orqanlarının yüksək səviyyəli rəsmiləri iştirak ediblər. Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının nümayəndələri də iclasda yer alıblar.

Görüşlərdə qlobal və regional iqtisadi zəifliklər, borcun davamlılığının maliyyə sabitliyinə təsirləri, bank sektoru xaricindəki maliyyə vasitəçilərinin regiondakı rolu və süni intellekt texnologiyalarının maliyyə sektorunda tətbiq sahələri ətraflı şəkildə müzakirə olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram