Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda taksilərlə 39 822,1 min sərnişin daşınıb.
Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,6% azdır.
Ötən ilin müvafiq dövründə taksilər 40 062,5 min nəfər sərnişin daşınmışdı.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında avtomobil nəqliyyatı ilə ümumilikdə 900 898,5 min sərnişin daşınıb. Bunun da 861 076,4 min nəfəri avtobus nəqliyyatının payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!