Müəllif: Gülnar Əhmədli, Banco.az
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 3,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 6,7 faiz artıb.
Banco.az xəbər verir ki, sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 31,8 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub:
İqtisadçı Vüqar Bayramov sənaye istehsalının azalması ilə bağlı münasibət bildirib:
"2025-ci ilin ilk 2 ayında sənayedə azalmanın qeydə alınmasına rəğmən bu sektorda artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün sənayedə proqnozlaşdırılan artım tempinə illik yekunda nail olunacağı gözlənilir".
Bizi sosial şəbəkələrdən izləyin!!