Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin I yarısında Azərbaycan işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və bərpasına 1 milyard 64,1 milyon manat vəsait yönəldib.
Banco.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 488,3 milyon manat və ya 31,5% azdır.
Məlumata görə, ayrılmış vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədlərinə uyğun olmaqla, illik nəzərdə tutulmuş vəsaitin 30,4 %-i qədər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
