Bu gündən iki marşrutda gedişhaqqı dəyişdi | Banco.az

Bu gündən iki marşrutda gedişhaqqı dəyişdi

Bu gündən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq 90 qəpik təşkil edəcək.

594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə alternativ kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, ekspres marşrutlarında qiymət müntəzəm marşrutlardan daha yüksək təyin olunur.