Qlobal xam polad istehsalında Çin amili | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Qlobal xam polad istehsalında Çin amili

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal xam polad istehsalında Çin amili.

Banco.az xəbər verir ki, Dünya Polad Assosiasiyası iyul ayı üzrə xam polad istehsalına dair məlumatları açıqlayıb.

Məlumatlara əsasən, qlobal xam polad istehsalı ilin yeddinci ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azalaraq 149,2 milyon ton təşkil edib.

Sözügedən dövrdə dünyanın ən böyük polad istehsalçısı olan Çinin istehsalı 3,6 faiz azalaraq 76,9 milyon tona düşüb. Hindistanda isə istehsal 1,9 faiz artaraq 14,4 milyon tona çatıb.

Digər iri istehsalçılardan ABŞ-da istehsal 4,4 faiz artaraq 7,4 milyon tona, Yaponiyada isə 0,4 faiz artaraq 6,9 milyon tona yüksəlib.

Təxmini məlumatlara görə, Rusiyanın istehsalı 3,3 faiz artaraq 5,7 milyon tona, Cənubi Koreyanın istehsalı isə 6,4 faiz artaraq 5,7 milyon tona çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram