ABŞ-Kanada ticarətində yeni gərginlik: Tramp tarifləri 50%-ə qaldırdı | Banco.az

ABŞ-Kanada ticarətində yeni gərginlik: Tramp tarifləri 50%-ə qaldırdı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp Kanadadan idxal olunan bir sıra məhsullara tətbiq edilən tariflərin artırılacağını açıqlayıb.

Banco.az xəbər verir ki, Trampın açıqlamasına görə, 1 yanvar 2027-ci ildən etibarən Kanada istehsalı olan avtomobillər, yük maşınları, avtomobil hissələri və polad məhsullarına tətbiq edilən tariflər 50 faizə qədər artırılacaq.

ABŞ prezidenti tariflərin yalnız ABŞ-a idxal olunan məhsullara şamil ediləcəyini bildirib. 

Kanadanın Baş naziri Mark Karni isə ABŞ-ın yeni tariflərinə dollar qarşılığında dollar prinsipi ilə cavab verəcəklərini açıqlayıb. Kanadanın cavab tariflərinin 8 sentyabrda qüvvəyə minəcəyi bildirilib.

Kanada hökumətinin məlumatına görə, ABŞ-ın minik və yük avtomobillərinə tətbiq etdiyi hazırkı rüsum 25 faizdir. Trampın son açıqlamasına əsasən, bu tarif 1 yanvar 2027-ci ildən etibarən 50 faizə yüksəldiləcək.

Yeni tariflər iki ölkə arasında onsuz da gərgin olan ticarət münasibətlərini daha da kəskinləşdirə və Şimali Amerika avtomobil sənayesində istehsal xərclərinin artmasına səbəb ola bilər.