ABŞ Kubaya qarşı ticarət embarqosunu daha bir il uzadıb | Banco.az

ABŞ Kubaya qarşı ticarət embarqosunu daha bir il uzadıb

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Kubaya qarşı tətbiq etdiyi ticarət məhdudiyyətlərini daha bir il müddətinə uzadıb.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın hökumətin rəsmi sənədlərinin dərc olunduğu Federal Register-də yayımlanan bəyanatında bildirilib.

Bəyanatda məhdudiyyətlərin uzadılmasının ABŞ-ın milli maraqlarına uyğun olduğu qeyd edilib. Sentyabrın 14-də başa çatması nəzərdə tutulan ticarət embarqosu daha bir il müddətinə – 14 sentyabr 2027-ci ilədək uzadılıb.

ABŞ 1961-ci ildə Kubadakı Amerika əmlakının milliləşdirilməsinə cavab olaraq Havana ilə diplomatik əlaqələri kəsib. Bundan sonra iki ölkə arasında ticarət və iqtisadi embarqo tətbiq olunmağa başlayıb.

Ticarət embarqosunun uzadılması Vaşinqtonun Havana ilə münasibətlərdə sərt xətti davam etdirdiyini göstərir. Son açıqlamalar fonunda ABŞ-Kuba münasibətlərində siyasi və iqtisadi gərginliyin yaxın perspektivdə azalacağı ehtimalı zəif görünür.