Bu bankın səhmləri ucuzlaşmaqda davam edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) в функции include() (строка 129 в файле /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu bankın səhmləri ucuzlaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“First Republic Bank”ın səhmləri ucuzlaşmaqda davam edir.

Banco.az xəbər verir ki, ABŞ-dakı bank böhranında adı çəkilən banklardan biri olan “First Republic”in səhmləri təxminən 30 faiz dəyər itirib.

“First Republic Bank”ın səhmlərindəki ucuzlaşma bankın bazar ertəsi açıqladığı balans hesabatından sonra sürətlənərək hökumət rəsmilərinin bankın iflasdan xilas edilməsi prosesinə müdaxilə etməyi istəməməsi ilə bağlı xəbərlər fonunda daha da dərinləşib.

Bankın səhmləri bir gün əvvəl təxminən 50 faiz ucuzlaşdığı halda, dünən 30 faizə yaxın dəyər itirərək 5,66 dollara düşüb. 

ABŞ mətbuatında işıqlandırılan xəbərlərə görə, bankın aktivlərini satmaq da daxil olmaqla müxtəlif variantları nəzərdən keçirdiyi məlum olub.

Xatırladaq ki, “First Republic Bank”ın səhmlərinin qiyməti ötən illə müqayisədə 90 faizdən çox, bankın bazar dəyəri isə 1 milyard dollardan aşağı düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram