Müəllif: Tamara Mustafayeva, Banco.az
“Volkswagen”in mənfəəti birinci rübdə 37 faiz azalıb.
Banco.az xəbər verir ki, “Audi”, “Bugatti”, “Seat”, “Skoda” və “Porsche” markalarını özündə birləşdirən “Volkswagen” Qrupu ilin birinci rübünə dair maliyyə nəticələrini açıqlayıb.
Buna əsasən, qrupun 2024-cü ilin birinci rübündə 75 milyard 461 milyon avro olan satış gəliri, 2025-ci ilin birinci rübündə Çindən kənar bazarlarda avtomobil satışlarının artması ilə 2,8 faiz yüksələrək 77 milyard 558 milyon avroya çatıb.
Şirkətin fəaliyyət mənfəəti 37 faiz azalaraq 2 milyard 873 milyon avro, xalis mənfəəti isə 40,6 faiz azalma ilə 2 milyard 186 milyon avro olub.
“Volkswagen” Qrupunun vergi öncəsi mənfəəti isə Çində tələbin zəifləməsi Avropadakı zavodlarda artan xərclər və istehsal gücü artıqlığı səbəbindən birinci rübdə 40 faiz azalaraq 3 milyard 109 milyon avroya düşüb.
Ötən ilin ilk rübündə 6 faiz olan mənfəət marjası (mənfəətin dövriyyəyə nisbəti) isə bu ilin ilk rübündə 3,7 faizə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!