Braziliyada inflyasiya səviyyəsi 2 ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Braziliyada inflyasiya səviyyəsi 2 ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliyada inflyasiya səviyyəsi son 26 ayın ən yüksək səviyyəsində açıqlanıb.

Banco.az xəbər verir ki, Braziliyada istehlak qiymətləri aprel ayında aylıq olaraq 0,43%, illik isə 5,53% artım göstərib. İnflyasiya göstəricisi analitiklərin 5,52% olan orta proqnozuna da olduqca yaxın elan olunub.

Bundan əlavə, aprel ayı üzrə illik inflyasiya göstəricisi 2023-cü ilin fevral ayından bəri qeydə alınan ən yüksək göstəricidir.

Braziliya Mərkəzi Bankı bu gün faiz dərəcəsini 14,75%-ə qaldırıb və növbəti faiz artımına və ya fasiləyə açıq qapı saxlayıb.

Sentyabr ayından bəri Mərkəzi Bank ümumilikdə faiz dərəcəsini 4,25 bənd artırıb. Bu isə inflyasiyanın artımını sürətləndirib və ərzaq qiymətlərinin bahalaşması ilə birlikdə istehlakçının cibinə əlavə yük gətirib.

Bazar ertəsi günü dərc olunan sorğunun nəticələrinə əsasən, Mərkəzi Bank tərəfindən seçilən analitiklər inflyasiyanın 2028-ci ilə qədər 3%-lik hədəfin üzərində qalacağını proqnozlaşdırırlar. Buna baxmayaraq, analitiklər 2025-ci ilin sonu üçün inflyasiya proqnozlarını azaldıblar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram