Böyük Britaniya Azərbaycandan neft idxalını 29% azaldıb | Banco.az

Böyük Britaniya Azərbaycandan neft idxalını 29% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Böyük Britaniya bu ilin yanvar-iyul aylarında Azərbaycandan 212 milyon 815 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 178 milyon 80 min dollar və ya 45,6% azdır.

Hesabat dövründə Böyük Britaniyanın idxal etdiyi neftin həcmi isə illik müqayisədə 29,3% və ya 190 min 374 ton azalaraq 459 min 741 tona enib.

Qeyd edək ki, Böyük Britaniyaya ötən ilin eyni dövründə ixrac edilən neftin dəyəri 390 milyon 895 min dollar, miqdarı isə 650 min 115 ton olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram