“BOKT”-lərin aktivləri 579 milyon manatı ötüb | Banco.az

“BOKT”-lərin aktivləri 579 milyon manatı ötüb

2014-cü ilin ikinci yarısına Bank Olmayan Kredit Təşkilarlatlarının (BOKT) aktivləri ilin əvvəlinə nisbətən 6,9% artaraq 579,31 mln. manata bərabər olub.

Bu Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik göstəricilərdən məlum olur.

Belə ki, ilin əvvəlində bu göstərici 542,13 mln. manat təşkil edib.

Cari ilin iyul ayının 1-də “BOKT”-lərin nizamnamə kapitalı 79,68 mln. manat təşkil edib. Bu da 2014 cü ilin I rübünə nisbətən 4,76 mln. manat azdır.