BOKT-ların kredit portfeli 58%-dən çox artıb | Banco.az

BOKT-ların kredit portfeli 58%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan BOKT-larının kredit portfeli 1 milyard 376,2 milyon manat təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında qeyd edilib.

Bildirilir ki, BOKT-ların kredit portfeli illik müqayisədə 508.4 milyon manat və ya 58.6% artıb.

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə BOKT-ların kredit porfeli 867.8 milyon manata bərabər idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram