Bitkoinin qiyməti 97 min dolları ötdü | Banco.az

Bitkoinin qiyməti 97 min dolları ötdü

Müəllif:Ayşən İmanova/Banco.az

Bitkoinin qiyməti tarixi maksimumu yeniləyərək, 97 min dolları ötüb.

Banco.az xəbər verir ki, bu barədə “Coindesk“ platformasının məlumatında deyilir.

Məlumata görə, səhər saatlarında artım 5,66%  təşkil edərək 97,5  min dollara çatıb.

Qeyd edək ki, kriptovalyuta noyabrın 5-də Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra bahalaşmağa başlayıb. “Binance” kriptovalyuta birjasının baş icraçı direktoru Riçard Tenq, Trampın Ağ Evə qayıtmasından sonra kriptovalyutalar üçün qızıl əsrin başlayacağını proqnozlaşdırıb.