Bu gün ölkənin bir neçə bankı valyutanın satış və alış qiymətlərini ucuzlaşdırıb.
Səhər saatlarında banklar 1 dolları 1,6900 manatdan baha alır, 1,7600 manatdan yüksək satır.
Araşdırmaya əsasən, “Bank of Baku” dünən axşam saatları ilə müqayisədə dolların satış qiymətini ucuzlaşdırıb: 1,7650-dən 1,7620 manatadək.
Bundan başqa, satışı ucuzlaşdıran banklar arasına daxildir: “Accessbank” (1,7700-dan 1,7580 manatadək), “Bank Avrasiya” (1,7700-dən 1,7600 manatadək), “Nikoilbank” 1,7300-dan 1,7250 manatadək), “NBC Bank” 1,7700-dan 1,7650 manatadək), “Yapı Kredi Bank Azərbaycan” (1,7800-dan 1,7700 manatadək), “Kapitalbank” (1,7900-dan 1,7800 manatadək), “ASB Bank” (1,7900-dan 1,7700 manatadək), “Muğanbank” (1,7850-dən 1,7800 manatadək), “CDB Bank” (1,7950-dən 1,7800 manatadək) və “Bank VTB Azərbaycan” 1,8000-dan 1,7850 manatadək.
Mənbə: Fins.az