Bankların xarici öhdəlikləri 676 mln. manatdan çox artıb | Banco.az

Bankların xarici öhdəlikləri 676 mln. manatdan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin yanvarın 1-i tarixinə 3 milyard 261.8 milyon manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bank sektorunun xarici öhdəlikləri illik müqayisədə 676.3 mln. manat artıb. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Qeyd edək ki, sektorun xarici öhdəlikləri dekabrın əvvəli ilə müqayisədə isə 207.3 milyon manat və ya 6,8% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram