Azərbaycanın bank sektoru bu ilin yanvar-oktyabr aylarında 548,1 milyon manat xalis mənfəət əldə edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% azdır.
11 ay ərzində bankların əməliyyat gəlirləri 2 350,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,6% az), əməliyyat xərcləri 1 544,3 milyon manat (0,4% az), xüsusi ehtiyatlara ayırmaları 112 milyon manat (47,9% az), digər gəlirləri 0,4 milyon manat (98,1% az), mənfəət vergisi ödəmələri isə 146,1 milyon manat (2,2 dəfə çox) təşkil edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!