Bank of Baku-da fiziki şəxslərin depozitləri 19%-dən çox artıb | Banco.az

Bank of Baku-da fiziki şəxslərin depozitləri 19%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bank of Baku-nun depozit portfeli cari ilin 30 sentyabr 2025-ci il tarixinə 698 milyon 603 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 106 milyon 88 min manat və ya 17,9% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 638 milyon 904 min manat, hüquqi şəxslərin depozitləri isə 59 milyon 699 min manat təşkil edib. 

2024-cü ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozitləri 103 milyon 708 min manat (19,4%), hüquqi şəxslərin depozitləri isə 2 milyon 380 min manat (4,2%) artıb. 

Ötən ilin sonunda depozitlərin məbləği müvafiq olaraq 535 milyon 196 min manat və 57 milyon 319 min manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram