Bank of Baku 20 % böyüyüb | Banco.az

Bank of Baku 20 % böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin aparıcı banklarından olan "Bank of Baku" 2026-cı ilin birinci yarısında 16 milyon 76 min manat xalis mənfəət əldə edib. Bankın xalis mənfəəti illik müqayisədə 1 milyon 941 min manat və ya 13,7% artıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu dövrdə Bankın aktivlərinin həcmi 1 milyard 391 milyon 561 min manat olub ki, bu da 2025-ci ilin sonu ilə müqayisədə 239 milyon 86 min manat və ya 20,8% çoxdur. 

Hesabat dövrünə Bankın kredit portfelinin həcmi 1 milyard 60 milyon 788 min manat, depozit portfelinin həcmi isə 948 milyon 889 min manat olub. Bunlar 2025-ci ilin sonu ilə müqayisədə müvafiq olaraq 150 milyon 91 min manat (16,5%) və 208 milyon 632 min manat (28,2%) çoxdur.  

Hesabat dövründə bankın faiz gəlirlərinin məbləği illik müqayisədə 21 milyon 706 min manat (26%) artaraq 105 milyon 332 min manata, faiz xərclərinin həcmi isə 14 milyon 178 min manat (44,2%) artaraq 46 milyon 277 min manata yüksəlib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram