Bank əmanətçilərinin depozit gəlirləri 7 ayda 700 mln. manatı ötüb | Banco.az

Bank əmanətçilərinin depozit gəlirləri 7 ayda 700 mln. manatı ötüb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bankların cəlb etdikləri depozitlər (əmanətlər) üzrə faiz xərcləri 717.4 milyon manat təşkil edib.

 Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 47.1% və ya 229.8 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 487.6 milyon manat depozit faizi ödəmişdilər.

    Qeyd edək ki, cari il avqust ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ( maliyyə institutları istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6% artaraq 36 milyard 650.9 milyon manata bərabər olub.

    Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 2 milyard 814.1 milyon manat faiz gəliri əldə ediblər.