"Azərpoçt"un şöbəsinin maliyyə xidməti göstərmək üçün icazəsi ləğv edilib | Banco.az

"Azərpoçt"un şöbəsinin maliyyə xidməti göstərmək üçün icazəsi ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının iclası keçirilib.

Palatadan verilən məlumata görə, iclasda "Azərpoçt" MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş icazənin ləğvi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.

MBNP “Poçt haqqında” qanunun 13-4.5.4-cü maddəsinə əsasən “Azərpoçt” MMC-nin 2 saylı poçt filialının 11 saylı poçt şöbəsinə maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş 26.08.2010-cu il tarixli 1-MO/Ş-149 saylı icazəni ləğv edib.

Mənbə: Trend.az