"AzerGold"un ixrac gəlirləri 24%-dən çox artıb | Banco.az

"AzerGold"un ixrac gəlirləri 24%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"AzerGold" QSC 2026-cı ilin yanvar ayı ərzində 19,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın fevral sayına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3.8 milyon ABŞ dolları və ya 24.5% çoxdur. 

Qeyd edək ki, "AzerGold" 2025-ci ildə ixracdan 225.7 milyon ABŞ dolları gəlir əldə etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram