Azərbaycanlı alıcılar hansı avtomobillərə üstünlük verirlər? | Banco.az

Azərbaycanlı alıcılar hansı avtomobillərə üstünlük verirlər?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"2025-ci ilin son 8 ayında Azərbaycanda Çin avtomobilləri kütləvi şəkildə çoxalıb. Çünki hamı eşitdi ki, qiymətlər qalxacaq. Düzdür, artıq qiymətlər də, gətirmə xərci də qalxıb. Bu səbəblə satıcılar da qiyməti qaldırdılar. 2026-cı ildən Çin avtomobillərini demək olar ki, ancaq rəsmi dillerlərdən almalı olacağıq. Çünki Çində qanun artıq qüvvəyə minib ki, yeni alınan avtomobil Çin vətəndaşının adına olmalıdır. Və yalnız 6 aydan sonra ixrac oluna bilər".

Bunu Banco.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev deyib.  

Qeyd edək ki, Çində yeni qaydalara əsasən, qeydiyyata alındıqdan sonra 6 aydan az müddət keçmiş istifadə olunmuş avtomobillərin ixracı üçün şirkətlər gömrük orqanlarına xüsusi sənəd təqdim etməlidirlər. Burada ixrac olunan ölkə, avtomobilin məlumatları və həmin ölkədə avtomobilin servis xidməti göstərilə biləcək məntəqələrin siyahısı qeyd olunmalıdır.

Əvvəllər isə şirkətlər yeni avtomobili alıb qeydiyyata saldıqdan dərhal sonra ölkə xaricinə göndərə bilirdilər. 

Ekspert qeyd edib ki, indi avtomobil satanların sayı azalacaq: "Ona qədər yeni bir qərar çıxmasa, ola bilsin ki, avtomobillərin satışı da azalacaq.

Hal-hazırda orta və daha az mühərriki olan, yəni ekonom klass avtomobillərə tələbat çoxdur. Bu seqmentdə xeyli vaxt idi ki, durğunluq var idi. Amma Çin avtomobillərin qiymətinin dəyişməsi istər-istəməz özünü büruzə verdi. İndi demək olar ki Koreya, Yaponiya avtomobillərinin əvvəlki kimi satışları güclənir. Yəni, ikinci əl avtomobillərin satışı güclənir.

Əvvəl demək olar ki, işlənmiş avtomobil qiymətinə yeni Çin avtomobili almaq mümkün idi. Həm qiymət dəyişdiyi üçün, həm də artıq insanlar düşünüb qərar verə bilir. Çünki Çin avtomobillərinin sürətli satışı olan zaman onlar yeni çıxmışdı. Artıq xeyli vaxtdı Çin avtomobilləri bazardadır. Yəni, idarə edənlər də bir-birindən maraqlanırlar. Misal üçün qərar verə bilirlər ki, 30 000 manat verib yeni avtomobili avtomobili almaq sərf edir, yaxud da Koreya və Yaponiyanın 10 ilə qədər istifadə edilmiş ikinci əl avtomobili".

A. Nəbiyevin sözlərinə görə, təxmini qiymətlər belədir ki, ili 8-10 ilə qədər olan köhnə avtomobillərin qiymətinə yeni avtomobil almaq mümkün idi: "Onu da vurğulayım ki, yəni yeni avtomobil alan şəxs məsələn, onu xidmət sahəsində istifadə edirsə, az bir vaxtda avtomobil 100 min km-dən çox yürüş edirsə, artıq bilir ki, yəni bu avtomobil köhnəldikcə nə qədər xərci olur, qəza olanda nə qədər xərci olur. İkinci əl avtomobillərin bazarı get-gedə daha da gücləncək. Yəni, brend, işlənmiş avtomobillərin satışı əvvəlkindən də çox olacaq".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram