Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən ay Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 3 milyard 538 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 552 milyon dollar və ya 30,5% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 26,4% azalaraq 2 milyard 236 milyon ABŞ dollarına, idxalı isə 36,5% azalaraq 1 milyard 302 milyon ABŞ dollarına enib.
Nəticədə xarici ticarətdə 933.6 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,3 dəfə az olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
