Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xalis maliyyə öhdəlikləri 415,9 milyon ABŞ dolları artıb.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2024-cü ilin ilk 9 ayında xalis maliyyə öhdəlikləri 2 milyard 179,6 milyon ABŞ dolları azalmışdı.
Hesabat dövründə artım cəlb olunmuş birbaşa investisiyaların 4 milyard 736,1 milyon ABŞ dolları artması (illik 4,7% çox), cəlb olunmuş investisiyaların repatriasiyasının 5 milyard 41,3 milyon ABŞ dolları azalması (illik 5,9% çox), neft bonusunun 450,2 milyon ABŞ dolları artması (illik 1,7% az), portfel investisiyalarının 33,7 milyon ABŞ dolları azalması (28,5 dəfə çox), digər investisiyaların isə 304,6 milyon ABŞ dolları artması hesabına formalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
