Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında ölkədən 10 milyard 381 milyon 55 min kubmetr təbii qaz ixrac edilib.
Banco.az xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 3 milyard 343 milyon 175 min ABŞ dolları olub.
Hesabat dövründə qaz ixracı illik müqayisədə miqdar ifadəsində 1,1% artıb, dəyər baxımından isə 12,8% azalıb.
Qeyd edək ki, 2026-cı ilin ilk 5 ayında Azərbaycanın ümumi ixracında təbii qazın payı 23,9% olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
