Azərbaycanın sığorta bazarı 16% böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 16% böyüyüb

2021-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 843,897 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu, 2020-ci ilə nisbətən 15,8% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 458,726 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 1,4% azdır.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,4 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 63,8 manat olub.

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram