Azərbaycanın regionlarındakı hotellərin əmlak vergisi 75 % azaldılır | Banco.az

Azərbaycanın regionlarındakı hotellərin əmlak vergisi 75 % azaldılır

Gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 % azaldılacaq.

Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənəd əsasən, söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvanda hotel və sanatoriya fəaliyyətində istifadə edilən yerləşmə vasitəsi olan daşınmaz əmlaklara görə əmlak vergisindən gedir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram