Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar ayında Azərbaycanın Qazaxıstana qeyri-neft məhsullarının ixracı illik müqayisədə 4 milyon 641 min dollar və ya 84,2% artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar ayında Qazaxıstana qeyri-neft ixracının dəyəri 10 milyon 153 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə bu ölkəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 5 milyon 512 min dollar olub.
Qeyd edək ki, ilk ayda Azərbaycanın ümumi qeyri-neft ixracının dəyəri isə 268 milyon 389 min dollara bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
