Azərbaycanın Özbəkistana qeyri-neft sektoru üzrə ixracı artıb | Banco.az

Azərbaycanın Özbəkistana qeyri-neft sektoru üzrə ixracı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar-may aylarında Özbəkistana 19 milyon 328 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 9 milyon 331 min dollar və ya 1,9 dəfə çoxdur. 

Ötən ilin eyni dövründə Özbəkistana ixrac edilən qeyri-neft məhsullarının dəyəri 9 milyon 997 min dollar təşkil edib. 

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (442,9 milyon dollar). 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram